Ukraynada daha 710 işğalçı, 1 helikopter MƏHV EDİLDİ

"Temp aşağı düşmür. Yenə 700-dən çox Rusiya hərbçisi məhv edilib. Düşmən ən böyük itkisini Baxmut istiqamətində verib".
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 79400-ə yaxın (+710) nəfər canlı qüvvəsi, 2814 (+10) tank, 5696 (+14) zirehli döyüş maşını, 1817 (+12) artilleriya sistemi, 393 (+0) reaktiv yaylım atəşi sistemi, 205 (+0) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+1) helikopter, 1505 (+6) PUA, 399 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4259 (+17) avtomobil texnikası və avtosistern, 159 (+0) xüsusi texnikası məhv edilib.
Qeyd edək ki, son günlər Ukraynada məhv edilən işğalçıların sayı 700-dən aşağı düşmür.
T.İSMAYIL
