Deputatlar ezamiyyət xərclərinin azlığından ŞİKAYƏTLƏNDİ

 13:37 11.11.2022     271

“Milli Məclisin deputatlarının xaricə səfərləri zamanı onların ezamiyyət xərclərinin artırılması məqsədəuyğun olardı”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib. 

Millət vəkili Fəzail Ağamalı da deputat həmkarının təklifini dəstəkləyib.

“Buna görə də parlamentin sədri Sahibə Qafarova xaricə məhdud heyətlə səfər etməli olur”, - o qeyd edib.

Torpaqlarımızı azad etdikdən sonra biz Ermənistanla beynəlxalq platformada da mübarizə aparırıq.

Deputat Azay Quliyev də xarici səfərlər üçün ayrılan vəzaitin azlığından şikayətlənib.

“Xarici platformada çıxış etmək üçün təəssüf ki, maliyyə o qədər də kifayət etmir. Səfərlərimiz zamanı gərək heyətin sayını iki dəfəyə qədər azaldaq. Bu da parlament diplomatiyasının zəifləməsinə şərait yaradır. Ona görə də, bu gün biz informasiya müharibəsində qonşularımıza uduzuruq.”, - deyə deputat vurğulayıb.