Prezident idmançıları təltif etdi - SİYAHI

 13:07 12.11.2022     487

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə Fərzəliyev Murad Qoçu oğlu və Kərimov Mehman Bayram oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Prezidentin digər sərəncamı ilə İsayev Xəzər Ağali oğlu, Meftahəddinova Zemfira Əli qızı, Rəhimov Nazir Həzrətqulu oğlu və Şabanova Rəfiqə Mahmud qızı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar.

İlham Əliyevin daha bir sərəncamı ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə Əliyev Vaqif Hüseynağa oğluna və Hüseynov Nazim Qalib oğluna “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.

Vumart və Güvən reklamı Vumart Güvən