Vətən müharibəsində şəhid xəbəri gələn qazinin toyu oldu - FOTO

 15:55 12.11.2022     155

Noyabrın 11-də Vətən müharibəsi qazisinin toyu olub.

Redaktor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Lənkəran şəhərində 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan, döyüşdə yaralanmağına baxmayaraq sonadək vuruşan, koma vəziyyətində düşmən tərəfindən əsir alınan, ailəsinin şəhid bilib ağladığı, 52 gündən sonra Azərbaycana qaytarılan Vəlihəd Vəliyev üçün toy məclisi qurulub.

Toyda ailə yaxınları, şəhid ailələri, qazilərlə yanaşı, dövlət rəsmiləri də iştirak edib.

ın