Ontario parlamentinin önündə ilk dəfə Azərbaycan bayrağı ucaldılıb

 09:48 13.11.2022     628

Kanadanın Ontario Qanunvericilik Məclisinin (Legislative Assembly of Ontario) önündə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağının qaldırılma mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, mərasim Ontario vilayətinin paytaxtı Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Qeyd edək ki, Ontario Qanunvericilik Məclisinin önündə Azərbaycan bayrağının qaldırılması Kanada tarixində ilk dəfə baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən