Qaradağda Vətən müharibəsi şəhidi anıldı - Foto

 13:15 13.11.2022     130

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Məstəliyev Nürəddin Hasil oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.

Redaktor.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Nürəddin Məstəliyevin  il mərasimi keçirilib.

Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iştrak edən 180 saylı orta məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirilib, sonra isə məzarı üzərinə gül dəstələri qoyulub.

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Şəhidlərin ruhlarına dualar oxunub. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər(qafqazinfo).