Bakı metrosunda problem yarandı - Qatarlar gecikdi

 13:01 14.11.2022     230

Sosial şəbəkələrdə “Bakı Metropoliteni” QSC-nin “28 May” metro stansiyasında işıqların söndüyünə dair məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatın doğru olmadığını, problemin “Avtovağzal” stansiyasında yarandığını deyib:

“Gərginlik düşməsi nəticəsində “Avtovağzal” stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb. 4 dəqiqədən sonra işıqlandırma bərpa olunub. “Bənövşəyi xətt” üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edirlər”.

Vumart və Güvən reklamı Vumart Güvən