Milli Məclisin yeni şöbəsinə müdir təyin edildi - FOTO
Milli Məclisin Aparatında yeni - Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi yaradılıb.
Redaktor.az xəbər verir ki, yeni şöbənin müdiri vəzifəsinə isə Emil Eldar oğlu Tağıyev təyin edilib.
Qeyd edək ki, o, bundan öncə Milli Məclisin Komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.













