Vilayət Eyvazov bu rayona rəis müavini təyin etdi

 18:04 14.11.2022     487

Astara Rayon Polis Şöbəsinə (RPŞ) rəis müavini təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Orxan Novruzov Astara RPŞ-nə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bu təyinatadək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin rəisi vəzifəsində çalışıb (report).

Vumart və Güvən reklamı Vumart Güvən