"Azəriqaz"ın "Açıq mikrofon"u İsmayıllı rayonunda qurulacaq
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Redaktor.az xəbər verir ki, sözügedən birliyin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla İsmayıllı rayonunda görüşü təşkil olunacaq.
Aksiya İsmayıllı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Səyyar qəbul otağı” noyabr 17-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.













