10 il müddətində tibb sahəmizə verilmiş önəmli tövhə - FOTO

 15:44 15.11.2022     667

Zəfər günü münasibətilə həyata keçirlən silsilə tədbirlər sırasında səhiyyə tədbirləri də yer alırdı. Bunlardan biri kimi, Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının(ABMCA) 10 illik yubiley hesabat toplantısı baş tutdu.

Tədbir ölkəmizdə bu sahənin öndə gedən əsas tibb işçilərinin birlikdə elmi müzakirələri və görülən işlərin effektivliyindən bəhs edən çıxışlarıyla yadda qaldı. İlk öncə tədbiri Bariatrik-Metabolik Cərrahlar dərnəyinin qurucusu və sədri, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov giriş nitqi açıq elan edərək 10 il ərzində Səhiyyəmizdə bu sahənin inkişafı üçün görülən işlərdən bəhs etdi. O çıxışında xüsusi olaraq qeyd etdi ki, gənc dərnək olmağımıza baxmayaraq  qurulduğumuz ildən 1 il sonra ölkə daxilində, 2 il sonra isə artıq beynəlxalq sferada tanınmağa başladıq. Belə ki, 2014 cü ilin may ayında Beynəlxaq Piylənmə Cərrahiyyəsi və Metabolik Xəstəliklər Assosiasiyasına –İFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) rəsmi olaraq üzv seçildik. Bu bizim üçün çox qürur verici an idi. Çünki artıq İFSO-nun Avropa Bölümünün tam hüquqlu dərnəklərindən biri olmuşduq. Bu o deməkdir ki, artıq dərnəyimizin üzvləri birbaşa beynəlxalq sertifikatlı üzvlərdir. Bununla yanaşı olaraq bu seçim bizə imkan verirdi ki, aşağıda qeyd edilən beynəlxalq jurnallara birbaşa giriş və bu elmi məqalələrdən birbaşa yararlanmaq imkanı əldə olunsun.

  • 1. Obesity Surgery
  • 2. Surgical Endoscopy
  • 3. World Journal of Surgery
  • 4. BMC Endocrine Disorders
    • Metabolic disorders
    • Obesity disorders
  • 5. BMC Nutrition Journal of Diabetes and Metabolic Disorders
  • 6. Eating and Weight Disorders.

Çıxışında bunu xüsusilə qeyd edən dərnək sədri qeyd etdi ki, qürur hissi ilə deyə bilərik ki, Qafqaz və Xəzəryanı post Sovet məkanına aid ölkələrdən ilk olaraq bu dərnəyə biz seçilmişik. Tədbrin ilk hesabat bölümündə ilk öncə beynəlxaql aləmdə ölkə bariatrik-metabolik cərrahiyyəsinin tanınması istiqamətində aparılan işlərdən danışıldı. Belə ki, ilk elmi çıxış 2015 ci ildə Avstrya-Vyanada keçirlən Dünya kongresində edilmişdir və bundan sonrakı dövrdə aktiv olaraq bir çox beynəlxlaq tədbbirlərdə dərnək üzvləri tərəfindən elmi məruzələr edilib. Görülən işlərin bariz nümunəsi kimi 2017 ci iləd Londonda keçirilən İFSO dünya kongresində dərnəyin ölkədə görüdüy elmi işlərdən dolayı İFSO idarə heyəti və kongresin sədri tərəfindən təşəkkür seritifkatı ilə təltif edilib.

Hesabat tədbirində qeyd edilən maraqlı məqam bu sahənin beynəlxaql elm arenasında ilk çıxış sayılan 2015 ci ildə dünya kongresində edilən ilk çıxış elə həmin il məqalə şəkilinə dərc edilib. Bu elmi məqalə 2017 ci ildə mükafat layiq görülüb.

2017 ci ildə Azərbaycan Tibb Universitetində bu sahə cərrahi bölümlər üzrə tədris proqramına daxil edilmiş və 2018 ci ildə ilk tədris vəsaiti kimi dərc edilmişdir.  Hesabat toplantısının qısa rezumesi olaraq  görülən işlərin bariz nümunəsi olaraq :Hazırda 11 klinikada bariatrik və metabolik əməliyyatlar aparılır.

Orta hesabla 9 il ərzində 5600-ə yaxın müxtəlif əməliyyat aparılıb. Beynəlxalq məruzəçilərin iştirakı ilə 7 milli konqres təşkil edilib.

30-dan çox elmi məqalə yazmışdır.

1 milli protokol

1 Çox millətli tədqiqat.

1 praktik tövsiyə

3 dərs vəsaiti.

Gənc cərrahlar və rezidentlər üçün 4 ildir ki, canlı cərrahiyyə kursu təşkil olunub.

4 doktorluq dissertasiyası müdafiə edilir.

Dərnək üzvləri son 8 ildə 123 beynəlxalq konfransda iştirak və təqdimatla iştirak edib.

2016 cı ildən  etibarən maariflənmə tədbriləri silsiləsindən hər il ölkə daxilində beynəlxalq professorların iştirkaı ilə bu sahənin inkişafına xidmət edəcək konqresslər təşkil olumuşdur.  Sonda  Beynəlxaq Piylənmə Cərrahiyyəsi və Metabolik Xəstəliklər Assosiasiyasına –İFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) və Amerikan Bariatrik Metabolik Cərrahlar Dərnəyinin birlikdə yenlədiyi  Protkol müzakiər olunaraq müddəalarına aydınlıq gətirili. Bu sənədə uyğun olaraq milli protokolun yenidən formalaşdırılması üçün dərnək üzvləri arasında vəzifə bölgüsü aparıldı.

Tədbirin son  hissəsində dərnək üzvlərinə İFSO beynəlxaql sertifikatları təqdim edildi. Tədbir dərnək üzvlərinin və sədrinin görülən və görüləcək işlərdən bəsh edən çıxışları ilə yekunlaşdı. Sonda Taryel Ömərov zəfər bayramı münasibətilə xalqımızı dərnək adından təbrik etdi, bu zəfəri bizə yaşadanların qarşısında ehtiramla baş əydiyini qeyd etdi.

2222222