Separatçılar orduda və xəstəxanalarda ixtisarlar aparır - Erməni deputat

 17:09 15.11.2022     275

Qarabağda separatçıların hərbi hospitalı bu yaxınlarda bağlanıb və işçilərə bu barədə açıqlama verilməyib.

Redaktor.az "news.am"a istinadən xəbər verir ki, Ermənistan parlamentin “Ədalət” fraksiyasının deputatı Metaxe Akopyan deyib.

“Uzun müddətdir ki, əvvəlcə ordunun zabit korpusunda, sonra isə aşağı rütbəlilərin ixtisarları aparılıb. İndi də tibb müəssisələrinə keçiblər. Xankəndi  xəstəxanası da eyni vəziyyətdədir. Bəzi proseslər göstərir ki, hər şey tam tərksilaha doğru gedir”, - deyə Akopyan çıxışında bildirib.

Deputat onu da vurğulayıb ki, baş verənlər Ermənistan hökümətinin göstərişi ilə olub:

“Güman edirəm ki, bu, Paşinyanın göstərişi ilə edilir, çünki Azərbaycan da ona təzyiq göstərir”.

Həmidə İbrahimova

 

Vumart və Güvən reklamı Vumart Güvən