"Azəriqaz" İmişlidə “Açıq mikrofon” aksiyası keçirdi
“İmişli rayonunda yerləşən, əsasən fiziki qüsurlu şəxslərin yaşadığı binada qaz yoxdur. Xahiş edirik qarşıda qış fəslinin olduğunu nəzərə alaraq, bizim binanın qazlaşdırılmasını təmin edəsiniz”.
Redaktor.az xəbər verir ki, bu müraciətlə Niyaməddin Fərmanov "Azəriqaz" İstehdalat Birliyinin İmişlidə baş tutan “Səyyar qəbul otağı”nda çıxış edib.
Həmzə Xəmməmədovla Rəşad Nuriyevin müraciətləri də eyniyönümlü olub.
Adıçəkilən sakinlər fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini istəyiblər.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.















