Daha bir partiya ofislə təmin olundu
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azadlıq Partiyasını Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 161b ünvanında yerləşən ofislə təmin edib.
Bu barədə Redaktor.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, partiya nümayəndələri ofislə tanış olublar.












