Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verildi

 10:23 17.11.2022     196

Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib.

Bu barədə Redaktor.az-a Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.

O qeyd edib ki, hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib.

Xatırladaq ki, İ.Xələfov 1957-ci ildə anadan olub. O, 2013-cü ildən Ali Məhkəmənin hakimi vəzifəsində çalışırdı.