Vilayət Eyvazov bu rayona rəis müavini TƏYİN ETDİ
Yevlax Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.
Redaktor.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Tağıyev Elsəvər Səttar oğlu Yevlax RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Elsevər Tağıyev buna qədər Gədəbəy RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb (qaynarinfo).












