Deputatlardan güneyli soydaşlarımızla bağlı mühüm TƏKLİF

Milli Məxlisin bu gün keçirilən iclasında bəzi millət vəkilləri İranda yaşayan soydaşlarımızla bağlı təkliflərlə çıxış ediblər.
Redaktor.az-ın məlumatına görə, deputat Fəzail Ağamalı soydaşlarımızın Azərbaycanın ali məktəblərində təlsil almasına şərait yaradılmasını təklif edib.
"Hökumət gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitdən, təxminən, 10-15 milyon manatın məhz bu məqsədlər üçün nəzərdə tutulmalıdır".
Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə isə İran ərazisində yaşayan soydaşlarımız deputatlara müraciət edərək bildirirlər ki, öz ana dilində təhsil almaq hüquqlarından məhrumdurlar.
"Təklif edirəm ki, onlara müəyyən güzəştlər edilsin və Azərbaycanda təhsil alacaqları təqdirdə onlara xarici tələbələr kimi baxılmasın. Dövlət sərhəddindən kənarda yaşayan soydaşlarımız Azərbaycana gəlib burada təhsil almaq istəyəndə onlara dəstək olunmalıdır".
Nərmin VÜQARQIZI