Məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşması sürətləndiriləcək - Deputat

 15:40 17.11.2022     805

"Tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi  qarşımızda duran ən mühüm məsələlərdən bir xalqımızın üzün illərdir gözlədiyi Böyük Qaydıdışın reallaşdırılmasıdır. Özlüyündə bu çətin, mürəkkəb, ancaq eyni zamanda müqəddəs bir vəzifədir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin dünən imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair biirnci Dövlət Proqramı" haqqında sərəncamı şərh edərkən bildirdi.

Onun sözlərinə görə, artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enetji və infrasturktur layihələri həyata keçirilib və keçirilməkdir.

"Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var idi ki, Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair biirnci Dövlət Proqramı" haqqında sərəncam imzaladı.

Sərəncamda böyük qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyələndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə turulur, eyni zamanda görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir. Bü tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək", - deyə H.Babaoğlu vurğuladı.

Həmidə İbrahimova