“Bu təqaüd o qədər aşağıdır ki, mən onu səsləndirməyi özümə sığışdırmıram" - Deputat

 16:59 17.11.2022     156

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı Prezidentimiz xalqımıza hədiyyə verdi”.

Redaktor.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bu gün azad olunmuş ərazilərdə elə möhtəşəm layihələr həyata keçirilib ki, buna təəccüblənməmək olmur: “Təkcə iki beynəlxalq hava limanına baxaq. Avropada elə ölkələr var ki, orada heç hava limanı yoxdur”.

Deputat Koreyada Şuşanın dünyanın tarixi şəhərlər sırasına daxil edildiyini xatırladıb: “Bu, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın apardığı təbliğatın nəticəsi idi. Ermənilər çox çalışdılar ki, Şuşanı erməni şəhəri kimi tantısınlar, amma bu, alınmadı”.

Məlahət İbrahimqızı təklif edib ki, dövlət proqramı çərçivəsində Türkiyədə təhsil alan tələbələrin təqaüdü artırılsın: “Bu təqaüd o qədər aşağıdır ki, mən onu səsləndirməyi özümə sığışdırmıram. İkincisi, təhsil almağa gedən hərbi zabitlərlə bağlı problemlər də var. Hökumət üzvlərinə bu problemlərin həllinə diqqət göstərməsini təklif edirəm” (apa).