Məşhur jurnalist yenidən xəstəxanaya yerləşdirildi

 22:07 17.11.2022     326

Azərbaycanın tanınmış, fərqli jurnalistlərindən olan Səbuhi Məmmədli həyatın daha bir sınağından keçir. Səhhətində problemlər var. Hazırda Respublika Klinik Xəstəxanasında müalicə alır.

Redaktor.az xəbər verir ki, ora gedənə kimi isə Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzi, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.

Diabet xəstəsi olmağın fəsadları ortaya çıxıb. Həkimlər vəziyyətin ciddi olduğunu desələr də, problemi müalicə ilə aradan qaldıra biləcəklərinə əmindirlər.

S.Məmmədlinin həkimlərinin sözlərinə görə, bir sıra prosedurlar və ciddi nəzarətdən sonra bu problemləri geridə qoya bilər. Bu gün onu daha bir tibb professoru müayinə edib. Özünün dediyinə görə, professor müalicə prosesindən daha ümidli danışıb (lent.az).

Vumart və Güvən reklamı Vumart Güvən