Dəm qazından zəhərlənmələr əsasən hamamda baş verir - "Azəriqaz"

“Qış mövsümü başlayandan ötən aylarla müqayisədə dəm qazından zəhərlənmə sayı xeyli azalıb. Bu da aparılan maarifləndirmə işlərinin təsiri, insanların artıq o təhlükəni hiss etməsidir.“
Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf mühitin mühafizəsi və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, son 10 ildə aparılan statistikaya əsasən hadisələrin 95 faizi vanna otaqlarında baş verir.
“Əgər vanna otağından hadisənin mənbəyini uzaqlaşdırsaq, artıq 95 faiz həmin hadisə yoxa çıxacaq“,- deyə o, vurğulayıb.
Həmidə İbrahimova