Deputatlarımızın əsl ixtisasları: əczaçı, mühəndis, riyaziyyatçı...

 10:21 11.12.2022     5165

Redaktor.az Milli Məclisin deputatlarının ixtisasca hansı peşənin sahibi olması barədə araşdırma aparıb.

Qeyd edək ki, Milli Məclisdə Konstitusiyaya əsasən 125 deputat fəaliyyət göstərməli olsa da, hal-hazırda onların sayı 118-dir. Buna səbəb bəzi deputatların vəfat etməsi, həbs olunması və ya başqa dövlət vəzifəsinə təyin olunmasıdır.

Hazırda Milli Məclisin 21 qadın deputatı, 97 kişi deputatı fəaliyyət göstərir ki, onların hamısı ali təhsillidir.

Araşdırmamız zamanı millət vəkillərinin hansı peşəyə sahib olması ilə bağlı maraqlı məlumatlar əldə etdik.

Belə ki, deputatlarımızın böyük əksəriyyəti, konkret olaraq 22 nəfəri ixtisasca hüquqşünasdır. Onlar aşağıdakılardır:

Əminə Ağazadə, Elnur Allahverdiyev, Nigar Arpadarai, Kamran Bayramov, Kamal Cəfərov, Jalə Əhmədova, Ziyafət Əsgərov, Tural Gəncəliyev, Sabir Hacıyev, Əli Hüseynli, Nurlan Həsənov, Qüdrət Həsənquliyev, Vüqar İskəndərov, Tahir Kərimli, Erkin Qədirli, Elşən Musayev, Fazil Mustafa, Nəsib Məhəməliyev (Dəmir yolu nəqliyyatında daşıma proseslərinin idarə edilməsi), Ramin Məmmədov, Siyavuş Novruzov, Əliabbas Salahzadə, Nizami Səfərov.

İkinci yerdə isə üstünlük iqtisadiyyat sahəsi üzrədir. Xalqın etimad göstərdiyi millət vəkillərinin 18 nəfəri ixtisasca iqtisadçıdır: Mahir Abbaszadə, Azər Badamov, Vüqar Bayramov, Müşfiq Cəfərov, Emin Hacıyev, Aydın Hüseynov, Malik Həsənov, Eldar İbrahimov, Kamaləddin Qafarov, Eldar Quliyev, Rüfət Quliyev, Tahir Mirkişili, Səttar Möhbalıyev, Madər Musayev, İqbal Məmmədov, Məşhur Məmmədov, Əli Məsimli, Ziyad Səmədzadə.

Deputatlardan 14-ü istisasca tarixçidir. Başda Milli Məclisin sədr müavini, tarix elmləri doktoru Fəzail İbrahimli olmaqla, bu siyahıya Tamam Cəfərova, Hicran Hüseynova, Sevinc Hüseynova, Naqif Həmzəyev, Ramil Həsən, Afət Həsənova, Anar İsgəndərov, Pərvin Kərimzadə, Fəzail Ağamalı, Musa Qasımlı, Azay Quliyev, Elman Nəsirov, Vasif Talıbov daxildir.

Milli Məclisdə ixtisasca həkim olanlarda az deyil. Belə ki, 10 nəfər deputat ixtisasca həkimdir. Onlardan başda Tibb Universitetinin kecmiş rektoru, onkoloq, akademik Əhliman Əmiraslanov olmaqla, Məlahət İbrahimqızı, Musa Quliyev, Rəşad Mahmudov, Asim Mollazadə, Müşfiq Məmmədli, İlham Məmmədov, Qənirə Paşayeva (ikinci təhsil: beynəlxalq hüquq), Anatoliy Rafailov, Sədaqət Vəliyevanın adlarını sadalaya bilərik.

Parlamentdə təmsil olunan deputatların arasında 9 nəfəri ixtisasaca filoloqdur. Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəli, xalq şairi Sabir Rüstəmxanlı, tanınmış yazıçı Aqil Abbas, filologiya elmləri doktoru Nizami Cəfərov, Ülviyyə Ağayeva, Əziz Ələkbərov, Sahibə Qafarova, Aqiyə Naxçıvanlı, Tahir Rzayev bu sahədə tanınmış isimlərdəndir.

Bundan başqa jurnalist həmkarımızın arasından da 4 nəfər deputat vəsiqəsi daşıyır. Onlardan Sahib Alıyev, İmamverdi İsmayılov, Bəhruz Məhərrəmov (hüquqşünas) və Bəxtiyar Sadıqov bu sahədə uzun illərdir çalışırlar.

Mühəndis ixtisası üzrə də depuatatlarımız var ki, Vahid Əhmədov (ikinci təhsil: 1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülüb), Rauf Əliyev, Oqtay Əsədov, Azər Kərimli, Aydın Mirzəzadə (ikinci təhsil: politologiya), Ağalar Vəliyev, Mixail Zabelin bu siyahıya daxildir.

Bundan başqa millət vəkillərimizdən Novruzəli Aslanov texnologiya, Məzahir Əfəndiyev, Cavid Osmanov idarəetmə, Adil Əliyev keçmiş polis, Bəxtiyar Əliyev, Səməd Seyidov psixoloq, Etibar Əliyev, Fatma Yıldırım fizik, Kamilə Əliyeva bioloq, Jalə Əliyeva, Rafael Hüseynov, Ceyhun Məmmədov şərqşünas, Cavanşir Feyziyev, Sevinc Fətəliyeva tərcüməçi, Ülviyyə Həmzəyeva rəssam, Səbinə Xasayeva, Şahin İsmayılov regionşünaslıq, Cəbi Quliyev, Könül Nurullayeva beynəlxalq münasibətlər, Ülvi Quliyev əczaçılıq, Sadiq Qurbanov, Elman Məmmədov riyaziyyatçı, Elşad Mirbəşiroğlu, Sevil Mikayılova ingilis dili, Rasim Musabəyov, Zahid Oruc, İltizam Yusifov avtomatika və telemexanika, Anar Məmmədov (ikinci təhsil: hüquqşünaslıq) yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı, Aqil Məmmədov pedaqoji fakültə (ikinci təhsil: Dövlət və bələdiyyə idarəetməsi), Hikmət Məmmədov politologiya (ikinci təhsil: Dövlət və bələdiyyə idarəetməsi), Soltan Məmmədov istehsalat proseslərinin avtomatlaşdırılması, Arzu Nağıyev tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili, Razi Nurullayev ingilis-fransız dilləri (ikinci təhsil: hüquq), Cavanşir Paşazadə Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili ixtisası üzrə vaxtilə ali təhsil alıblar.

Sonda onu da qeyd edək ki, millət vəkilərinin böyük əksəriyyətinin iki ali təhsili var.

Maraqlıdır, deputatlarımız ikinci ali təhsil kimi niyə məhz hüquqşünas peşəsini seçiblər?...

Həmidə İbrahimova