Partiya sədri dələduzluqla 160 min dollar mənibsəyib - RƏSMİ

 17:49 18.11.2022     366

"Anar Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə etdikləri şikayətdir".

Redaktor.az-a bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib. 

Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.

Vumart və Güvən reklamı Vumart Güvən