Türk Hava Yollarının Bakı ofisinin rəhbəri dəyişdi

 13:40 19.11.2022     122

"Türk Hava Yolları" (THY) şirkətinin Bakı nümayəndəliyində kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, nümayəndəliyə 2015-ci ildən rəhbərlik edən Seyfullah İlyas vəzifəsindən azad edilərək şirkətin Kasablankadakı (Mərakeş) ofisinə rəhbərlik edəcək.

Onun yerinə bu vəzifəyə Hamid Eldeleklioğlu təyin edilib. O həmçinin şirkətin Gəncə və Naxçıvan ofislərinə də rəhbərlik edəcək.

H. Eldeleklioğlu bu təyinata qədər THY-nin Pakistanın Pəncab vilayətinin Lahor şəhərindəki ofisinə rəhbərlik edib.