Azərbaycanda məşhur bankir vəfat etdi

 15:35 19.11.2022     353

“MuğanBank” ASC-nin əsas səhmdarlarından biri vəfat edib.

Redaktor.az xəbər verir ki, bankın səhmlərinin 11,58 faizinə sahib olan iş adamı Maqbet Mehdiyev dünyasını dəyişib. 

Qeyd edək ki, hazırda bankın əsas səhmdarı (67.74%) və Müşahidə Şurasının sədri Maqbet Mehdiyevin oğlu Elmir Mehdiyevdir. Hazırda bankın ümumi səhm kapitalı 107.5 milyon manatdır.

Vumart və Güvən reklamı Vumart Güvən