Gömrük Komitəsi tərəfindən doqquz ayda 439 cinayət xarakterli fakt aşkarlanıb

Yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 439 cinayət xarakterli fakt aşkarlanıb.
Komitədən Redaktor.az-a bildirilib ki, bunlardan 64-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 98-i qaçaqmalçılıq və 329-u isə digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 447 nəfər olub(azertag.az).