AZƏRTAC-la bağlı cinayət işi başlanıb? - Baş Prokurorluqdan AÇIQLAMA

 14:33 21.11.2022     323

Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə (AZƏRTAC) bağlı cinayət işi başlanılmayıb".

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib:

"Qeyd edilən fakt təsdiq olunmayıb".

Qeyd edək ki, mətbuatda AZƏRTAC-la bağlı cinayət işinin başlanılması barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamla Aslan Əhməd oğlu Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bu vəzifəyə hələlik yeni təyinat olmayıb.

Həmidə İbrahimova

 

 

Vumart və Güvən reklamı Vumart Güvən