"Azəriqaz" Abşeron sahibkarlarının problemlərini dinləyəcək

 12:34 22.11.2022     330

"SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır".

Bu barədə Redaktor.az-a "Azəriqaz"ın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Abşeron rayonunda görüşü təşkil olunacaq.

Aksiya  Novxanı qəsəbəsi, Novxanı bələdiyyəsinin akt zalında baş tutacaq. “

Səyyar qəbul otağı” noyabr ayının 24-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

2