Bakıda avtobus dayanacaqlarının hamısı "smartlaşdırılır"? - BNA-dan AÇIQLAMA

 16:09 22.11.2022     494

Paytaxtda smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir.

Yeni növ dayanacaqların bir çox üstünlükləri mövcuddur. İctimai nəqliyyatda ilk dəfə dayanacaq pavilyonunda sərinləndirmə sistemləri quraşdırılıb. Burada kofe, çay, su və s. zəruri məhsulların satışı təşkil olunub.

Maraqlıdır, bu cür yeniliklər Bakı ərazisindəki bütün avtobus dayanacaqlarına aid ediləcəkmi?

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev Redaktor.az-a bildirdi ki, bu, bütün şəhər üzrə nəzərdə tutulan yenilik deyil.

“İlkin olaraq, 100 belə dayanacaq qoyulması planlaşdırılıb. Hazırda Gənclikdə, Nərimanovda, Əcəmidə, Elmlər Akademiyasında və s. ərazilərdə mərhələli şəkildə qurulur”, - deyə o əlavə etdi.

Nərmin VÜQARQIZI                   

Vumart və Güvən reklamı Vumart Güvən