11 minə yaxın şəxs qadağan olunmuş yerdə siqaret çəkdiyinə görə cərimələnib - DİN

 15:57 22.11.2022     296

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır.

Ümumilikdə, 2022-ci ilin ötən dövründə respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10.835, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub. Tətbiq edilmiş cərimələr 383.300 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən