Bakıda smart dayanacaqlardakı köşklərə hansı qurum baxır?

 16:16 22.11.2022     555

Paytaxtda smart tipli avtobus dayanacaqları quraşdırılır.

Müasir dövrün tələblərinə cavab verən bu dayanacaqlar fərqliliyi və müasirliyi ilə hər kəsin diqqətini cəlb edir.

Belə ki, ictimai nəqliyyatda ilk dəfə bu dayanacaq pavilyonlarında sərinləndirmə sistemləri quraşdırılıb. Hətta burada kofe, çay, su və s. zəruri məhsulların satışı təşkil olunub.

Bəs dayanacaqların içərisində fəaliyyət göstərən bu köşklər necə fəaliyyət göstərir?

Sualımızı cavablandırması üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurum sözçüsü Mais Ağayev Redaktor.az-a bildirdi ki, həmin köşklər iki qurumun birgə layihəsi şəklində işləyir.

“Həmin dayanacaqlarda köşklər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə BNA birgə layihə şəklində həyata keçirir. Amma BNA bu işin yalnız dayanacaq qisminə baxır, nə həmin ərazini icarəyə vermir, nə də satış həyata keçirmir”, - deyə bildirdi.

Nərmin VÜQARQIZI                                                                                                           

Vumart və Güvən reklamı Vumart Güvən