Azərbaycanda yeni əfv sərəncamı ola bilər - Əliməmməd Nuriyev AÇIQLADI

 17:02 22.11.2022     446

Azərbaycanda müxtəlif illərdə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dövlət başçısı tərəfindən əfv sərəncamı verilib.

Maraqlıdır, bu il də bayram ərəfəsində yeni əfv sərəncamı imzalanacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, yaxın zamanlarda hər hansı bir əfv sərəncamı gözlənilmir.

“Əlbəttə ki, əfv Prezidentin qərarıdır. Novruz bayramı ərəfəsində əfv olduğuna görə il ərzində növbəti sərəncamın olacağına dair gözləntilərim yoxdur. Amma gələn il istisna deyil ki, ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı ola bilər. Yenə də bütün bu səlahiyyətlər cənab Prezidentə aiddir”, - deyə hüquqşünas əlavə etdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən