Keçmiş "Əbu Bəkr" məscidinə imam təyin ediləcək - FOTO

Nərimanov rayon Cümə məscidində (keçmiş Əbu Bəkr) təmir və yenidənqurma işləri ilin sonuna yekunlaşır.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, məsciddə təmir və yenidənqurma işləri Abşeron-Şirvan memarlıq üslubuna uyğun aparılıb.
Vahid memarlıq üslubuna uyğun olması üçün digər minarə sökülərək yenidən tikilib. O cümlədən günbəz də yenidən qurulub.
Məsciddə əlavə xidməti yerlər tikilib, həyəti abadlaşdırılıb. Bu ilin sonuna qədər müvafiq imtahanlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidə yeni imam təyin edəcək, məscid ibadətə açılacaq.