Açıq məkanlardakı reklamlarda Azərbaycan dili ilə bağlı nöqsanlar aşkarlandı

 16:36 24.11.2022     304

Bu ilin 6 ayında açıq məkanlardakı 1 322 reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulmasına, 1 329-da isə estetik görünüşə uyğun olmayan hallara rast gəlinib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.

Bildirilib ki, açıq məkanda reklamlarla bağlı qanunvericiliyin tələblərini pozmuş 2 689 sahibkara icrası məcburi olan xəbərdarlıq verilib, 205 iş baxılması üçün məhkəmələrə göndərilib.

"Ötən müddət ərzində ADRA-nın 1412 Çağrı Mərkəzinə ümumilikdə 1 820 müraciət daxil olub. Edilən müraciətlərin əksəriyyəti açıq məkanda reklam yerləşdirmək üçün prosedur qaydaları, eləcə də dövlət rüsümu və yayım haqqının hesablanması ilə bağlıdır" - məlumatda qeyd olunub (report).