Prezident Timoşenkonu “Şöhrət” ordeni ilə TƏLTİF ETDİ

 18:08 24.11.2022     633

Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 24-də bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, V.Timoşenko 1942-ci il noyabrın 25-də Kiyev şəhərində anadan olub. Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib.

O, 1995-2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

Ehtiyatda olan general-mayordur, iki övladı var.