Rusiyada ticarət mərkəzi yaxınlığında atışmada ölənlər var

 19:36 24.11.2022     1225

Rusiyanın Krasnodar diyarının Krımsk şəhərində ticarət mərkəzi yaxınlığında atışma olub, ölənlər var.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Krasnodar prokurorluğu məlumat yayıb.

Məlumata görə, bir nəfər küçədə atəş açıb, ilkin məlumatlara görə, dörd nəfər həlak olub..

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.