“Qaz sayağacına kənar müdaxilə iki dəfə azalıb” – "Azəriqaz"
“2022-ci ilin əvvəlində təxminən 650 minə yaxın dövrü yoxlama müddəti bitən qaz sayağacı mövcud idi. Artıq 250 min qaz sayağacı əvəz olunaraq, dövlət yoxlanılmasına təqdim olunub. Bu işlər bu gün də aparılır.”
Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.
Onun sözlərinə görə, qaz sayağacları üzrə müdaxilə halları aşkar olunub:
“Statistikaya görə, 2020-ci ildə çıxarılan qaz sayağaclarının 13 min ədədində kənar müdaxilə aşkar olunub. 2021-ci ildə bu rəqəm 20 800 ədəd təşkil edib. Artıq 2022-ci ildə 8900 ədəd qaz sayağacına kənar müdaxilə halları aşkar edilib. Demək olar ki, iki dəfə azalıb.”
Həmidə İbrahimova












