Son sutkada peyvənd olanların STATİSTİKASI

 17:29 26.11.2022     436

Azərbaycanda son sutkada 440 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumatda bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 112, ikinci doza vaksinlərin sayı 129 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 165-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 36 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 921 061 olub.

Vumart və Güvən reklamı Vumart Güvən