Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.












