"Oğlumdan xəbərim yoxdur" - İsa Həbibbəyli
“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”.
Redaktor.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə münasibət bildirən AMEA prezidenti olan atası İsa Həbibbəyli deyib.
Akademik “Oğlunuz haradadır, ondan xəbəriniz varmı?” sualına isə i ” Bilmirəm ki, haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb.
Muxtar Respublikanın gömrük və digər maliyyə qurumlarından bir neçə şəxsin həbs edildiyi deyilir (gununsesiinfo.az).












