Naxçıvan Ali Məclisinin sədri kim ola bilər?

 14:08 28.11.2022     1272

Son günlərdə Naxçıvanın yüksək rütbəli məmurlarının Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbsi cəmiyyətdə bütün diqqəti Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova yönəldib. Xüsusən də Naxçıvanın maliyyə naziri Rəfael Əliyevin həbsi onu istefası ilə nəticələnəcəyi barədə iddiaların səslənməsinə səbəb oldu. Belə olan təqdirdə, əgər V.Talıbov  vəzifəsindən uzaqlaşdırılarsa, Naxçıvan Ali Məclisinin sədri kim ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirdi ki, hər hansı səbəbdən Vasif Talıbov sədr vəzifəsindən istefa verərsə Naxçıvan Ali Məclisinin deputatlarının hər birinin sədr seçilmək hüququ var. 

"Naxçıvan Ali Məclisnin sədri olmaq üçün vacib şərt onun Naxçıvan Ali Məclisinin üzvi olmasıdır”,- deyə Ə.Nuriyev əlavə etdi.

Əliməmməd Nuriyev üçün özəl gün - TANINMIŞ İCTİMAİ XADİM 55 YAŞINI QEYD  EDİR - Günün Səsi

Həmidə İbrahimova