Naxçıvanın həbsdəki daxili işlər naziri azadlığa buraxıldı

 21:59 28.11.2022     873

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.

Redaktor.az manset.az-a istinadən əldə etdiyi məlumata görə, general-leytenant Ə.Əhmədov bu gün günorta saatlarında həbsdən azad edilib.

Hazırda vəziyyəti pis olduğu üçün Naxçıvanda xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov bu günlərdə azad olunması üçün Ali Məhkəməyə kasasiya şikayəti verib.

Xatırladaq ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

O, 2017-ci ildə vəzifəsindən azad olunduqdan sonra həbs edilib.

Vumart və Güvən reklamı Vumart Güvən