Vilayət Eyvazov bu tarixdə 6 rayonun sakinlərini qəbul edəcək

 14:57 29.11.2022     623

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il dekabr ayının 17-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 16.12.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Vumart və Güvən reklamı Vumart Güvən