"Azəriqaz"ın rəhbəri canlı yayımda sualları cavablandıracaq
Noyabrın 30-da saat 15:00-da "Facebook" https://www.facebook.com/Ruslan.Y.Aliyev və "Instagram" (ruslanaliyev.official) sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin canlı yayımı planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciət edə bilərlər.













