Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNİB

 10:22 30.11.2022     1133

Keçmiş deputat Gültəkin Hacıbəyli Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə aparılıb.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, eks-deputat daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.

09:56

Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin saxlanıldığı barədə məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, onun ötən gecə xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanıldığı bildirilir.

Milli Şura üzvləri bildiriblər ki, G.Hacıbayli barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanılıb, özünün isə bundan xəbəri olmayıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. 

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş.

Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir (modern.az).

Vumart və Güvən reklamı Vumart Güvən