Şəhid Nurlan Qasımovun xatirəsi anıldı - FOTO
Bu gün Salyan rayonu Marışlı kənd qəbiristanlığında Vətən Müharibəsi Şəhidi əsgər Nurlan Vadər oğlu Qasımovun xatirəsi yad edilib.
Redaktor.az xəbər verir ki, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının əməkdaşları Marışlı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Allah Şəhidlərimizə rəhmət etsin !


















