Aynur Sabitovaya yeni rütbə verildi

 15:45 30.11.2022     203

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitovaya ədliyyə müşaviri rütbəsi verilib.

Redaktor.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb.

Nazirin digər əmri ilə A.Sabitova İnsan hüquqları və kommunikasiya İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, noyabrın 28-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edib.

Aparatın yeni idarələri yaradılıb.