"Azərsu"da Yol Xəritəsinin təqdimatı keçirildi - FOTO

 16:37 30.11.2022     380

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.

Bu barədə Redaktor.az-a "Azərsu"dan bildirlib.

Mılumatda deyilir ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Su təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun rəhbəri, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov sənədin hazırlanmasında dövlət təşkilatlarının mütəxəssisləri və məsləhətçi şirkətlərin nümayəndələrinin iştirakı ilə birgə iş aparıldırğını bildirib. Məsləhətçi şirkət tərəfindən təkmilləşdirilmiş Diaqnostika Matrisası əsasında tərtib edilən Yol Xəritəsi Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Yol Xəritəsində kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi, maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətlərində 4 alt indikator üzrə tədbirlər əksini tapıb. Sənəddə su təchizatı sistemlərinə qoşulma üzrə əsas hədəflər, keyfiyyəti standartları, hüquq və öhdəliklər, müraciətlərə baxılmasının  tam elektronlaşdırılması, prosedurların və vaxtın minimuma endirilməsi, şəffaflığın, istehlakçı hüquqlarının qorunması ilə bağlı vəzifələr müəyyən edilib. Tətbiq ediləcək yeniliklər biznes strukturlarının su təchizatı şəbəkələrinə qoşulmasını xeyli asanlaşdıracaq, vaxta və xərclərə qənaət imkanı yaradacaq.

“Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili Yol Xəritəsində “Azərsu” ASC tərəfindən rəqəmsallaşma və optimallaşma sahəsində nəzərdə tutalan tədbirlər barədə təqdimatla çıxış edib. Qeyd olunub ki, yeni sənəd kommunal xidmətlərə qoşulma üzrə dövlət xidmətlərinin elektronlaşdırılmasını və onlayn müraciət imkanlarını tam təmin edəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov Yol Xəritəsində vətəndsaşlara göstərilən xidmətlərin təşkili və bu sahədə  nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd olunub  ki, bu işlər su təchizatı şəbəkəsinə qoşulmanın düzgün və səmərəli təşkilinə imkan yaradacaq.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Fərid İsayev Yol Xəritəsinin dövlət-biznes dialoqu platforması baxımından əhəmiyyətini qeyd edərək su təchizatı sisteminə qoşulmanın biznes mühitinə əlverişli təsirlərindən danışıb.

“Azərsu” ASC yanında İctimai Şuranın sədri Rauf Zeyni və şura üzvü Eyyub Hüseynov Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin biznes strukturlarının fəaliyyətinə dəstək baxımından əhəmiyyətli olduğunu qeyd edib, bu sahədə ictimaiyyətin maarifləndirilməsinə dəstək olacaqlarını diqqətə çatdırıblar. 

Sonra iclas iştirakçıları tərəfindən yeni Yol Xəritəsi üzrə 2022-ci ildə nəzərdə tutulan tədbirlərin icrası, 2023-cü il üçün hədəflər və prioritetlər barədə müzakirələr aparılıb.