Dayanacaqdan avtobus keçir, amma lövhədə nömrəsi yoxdur - FOTO

 18:14 01.12.2022     1565

Bakıda bəzi avtobus dayanacaqları var ki, buradan keçən avtobus nömrələri əks olunan məlumat lövhəsində bir sıra marşrut xətlərinin nömrəsi qeyd olunmayıb. Bunlardan biri də redaksiyamızın yaxınlığında – Əhməd Rəcəbli 191 ünvanında yerləşən dayanacaq lövhəsidir. Bu lövhədə 9 nömrəli avtobus qeyd olunmasa da, sözügedən marşrut bu dayanacaqdan keçir. Bu da sərnişinlər arasında, adətən çaşqınlıq yaradır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, qeyd olunan ərazilərdəki avtobus nişanı ilə bağlı problem tezliklə həll olunacaq.  

“Dayanacaq lövhələrində qeyd etdiyiniz problem aradan qaldırılacaq", - BNA sözçüsü dedi.

Nərmin VÜQARQIZI

22222
Vumart və Güvən reklamı Vumart Güvən