"Azərsu"ya zənglərin qəbulunda müvəqqəti fasilə yarandı

 17:37 30.11.2022     446

Texniki problemlərlə əlaqədar "Azərsu" ASC- nin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda müvəqqəti fasilə yaranıb.

Redaktor.az bu barədə "Azərsu"ya istinadən xəbər verir.

"Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Yaranmış narahatlığa görə abonentlərdən üzr istəyirik", - deyə qurum bəyan edib.